İyunun 15-dən başlayaraq ümumi kriptovalyuta bazarının bazar kapitallaşması 25 milyard artaraq 300 milyard dollar oldu. Bitcoin isə son 1 həftə ərzində 8 650-dən 9 930 dollara qalxdı. FED.az "Kriptoinvest"ə istinadən xəbər verir ki, paralel olaraq altcoinlərin əksəriyyəti “yaşıl zona”-ya düşməyi bacardı.
16 altcoinin bazar kapitalisaziyası 1 milyard dolları keçib. Təcrübə onu göstərir ki, bitcoin-in qiyməti hansı istiqamətdə hərəkət edirsə bütün altcoinlər də bu trend üzrə istiqamətlənir. Bu səbəbdən son 7 gün ərzində “Top 100”-da olan və ən yüksək rentabelli 5 altcoini nəzərdən keçirək:
Chainlink (LİNK) – qiyməti 1.67 USD, bazar kapitalizasiyası 583 milyon dollar. Chainlink son 14 gündə 67%, 30 gündə isə 62% artım göstərdi.
Grin (GRİN) – qiyməti 5 USD, bazar kapitalizasiyası 68 milyon dollar. Grin son 7 gündə 35%, 14 gündə isə 142% artım göstərdi.
Reddcoin (RDD) – qiyməti 0.0022 USD, bazar kapitalizasiyası 65 milyon dollar. Reddcoin son 7 gündə 45%, 14 gündə isə 42% artım göstərdi.
KuCoin Shares (KCS) – qiyməti 1.8 USD, bazar kapitalizasiyası 161 milyon dollar. KuCoin Shares son 7 gündə 34%, 14 gündə isə 34% artım göstərdi.
Zcash (ZEC) – qiyməti 112 USD, bazar kapitalizasiyası 762 milyon dollar. Zcash son 14 günə 75-dən 112 dollara qədər artım göstərdi.
Ən sürətlə bahalaşan coinlər - SİYAHI, QİYMƏTLƏR
09:10
22 İyun 2019