Oktyabrın 8-də Bakı Fond Birjasında “BOKT Embafinans MMC”-nin AZ2001020604 ISIN-li, 2 milyon manat həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən FED.az-a verilən məlumata görə, yerləşdirmə zamanı istiqrazların hərrac qiyməti 1 000 AZN olub.
«Embafinans»ın istiqrazlarının alınması üçün 1 investor tərəfindən 1 sifariş təqdim edilib. Cifarişin də məbləği elə buraxılışın həcmi qədər - 2 milyon manat olub və bütün istiqrazlar yerləşdirilib. İstiqrazların ödəmə tarixi 8 oktyabr 2019-cu ildir.
Eləcə də bax: Azərbaycanda yeni istiqraz buraxıldı – İLLİK 10,5%, ŞƏRTLƏR
İstiqraz üzrə faizlər hər ay ödəniləcək, amma geri alma 3 aydan bir həyata keçiriləcək. Yəni istiqraz sahibi indi aldığı istiqrazı bir də 3 aydan sonra sata biləcək. Ondan sonra isə daha 3 ay gözləməli olacaq. Bununla yanaşı, «Embafinans» istiqrazları vaxtından əvvəl geri almaq öhdəliyi götürməyib.
Qeyd edək ki, “BOKT Embafinans”ın gəlirlik dərəcəsi Maliyyə Nazirliyinin qısamüddətli istiqrazlarından və Mərkəzi Bankın notlarından artıq olsa da (adə çəkilən alətlərinillik gəlirliyi 8% ətrafındadır), bazardakı digər şirkətlərin istiqrazlarının, məsələn «METAK»ın gəlirliyindən (12-14%), eləcə də bank əmanətlərinin gəlirliyidən (12-15%, bəzilərində +2% bonus) nisbətən aşağıdır.