Dünya birjalarında neft ucuzlaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,63 dollar və ya 1,07% azalaraq 58,51 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,49 dollar və ya 0,70% azalaraq 69,62 dollar təşkil edib.