ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,30 dollar və ya 0,46% artaraq 65,51 dollar təşkil edib. FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,43 dollar və ya 0,76% artaraq 57,86 dollar təşkil edib.