16 oktyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104011686 ISIN-li, 40 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Bakı Fond Birjasından FED.az-a daxil olmuş məlumata görə, hərrac zamanı 15 investor tərəfindən qiyməti intervalı 89.3119 AZN (12.033%) və 93.5785 AZN (6.8999%) olan 26 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8869 AZN (7.6999%), orta ölçülmüş qiyməti 93.3607 AZN (7.1506%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 82 milyon 433 min 800 manat yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 06.10.2020-ci il.
Hərrac iştirakçıları 17 oktyabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.