Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 20 noyabr tarixində keçiriləcək. Hərraca ümumilikdə 51 dövlət əmlakı çıxarılıb. Onlardan 14-ü kiçik dövlət müəssisə və obyekti, 5-i qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u isə nəqliyyat vasitəsidir.
Bu dəfə vətəndaşlar Bakı, Gəncə, Salyan, Lənkəran kimi şəhər və rayonlarda yerləşən kiçik dövlət müəssisə və obyektlərinin özəlləşməsində iştirak edə bilər. Bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 14,8 kv.m ilə 3763,3 kv.m aralığındadır. Ucar şəhəri, 29-cu məhəllədə yerləşən “Ucar 3 nömrəli Təmir Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi faydalı sahəsi 181,8 kv.m-dir. Kiçik dövlət müəssisənin 9 min 934 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun iqtisadi potensialını artırır.
Qeyri-yaşayış sahələrinə gəldikdə isə onlardan 4-ü paytaxtda, 1-i isə Mingəçevir şəhərindədir. Bu obyektlərin ümumi faydalı sahəsi 26,5 kv.m və 176,7 kv.m intervalındadır. Bakı üzrə hərraca çıxarılan qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, Ş.Ələkbərova küçəsində yerləşir. Sahibinə xidmət sahəsi üzrə fəaliyyətə imkan yaradacaq dövlət əmlakının ümumi faydalı sahəsi 106,9 kv.m-dir. Daha bir gəlirli əmlak isə Mingəçevir şəhəri, İ.Qayıbov küçəsindəki iaşə obyektidir. Qeyd olunan qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 124,4 kv.m-dir.
Dövlətə məxsus paylarının hərraca çıxarıldığı səhmdar cəmiyyətləri müxtəlif şəhər və rayonlarda yerləşir. İnvestorlar təmir-tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələr üzrə fəaliyyət göstərən bu dövlət əmlaklarının 30-45%-lik səhm paketlərini özəlləşdirə bilər.
Mercedes, BMW, Hyundai, Tofaş və digər brendlərindən olan nəqliyyat vasitələri də bu dəfə hərraca çıxarılan dövlət əmlakları arasındadır. Hər kəsə maraqlı ola biləcək bu avtomobillərin buraxılış tarixləri 1995-2006 illərdir.
Komitənin təşkil etdiyi hərraclar barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, komitənin rəsmi saytı (emdk.gov.az), facebook sosial şəbəkəsindəki rəsmi səhifə və privatization.az səhifəsi vasitəsilə aparılır. Hərracda iştirak etmək istəyən şəxslər elektron formada qeydiyyatdan keçərək, ilkin qiymətin 10%-i həcmində behi ödəyib sifarişçiyə çevrilə bilər. Qeyd edək ki, təşkil olunan hərracda istənilən şəxs həm onlayn, həm də canlı formada iştirak edə bilər.
№ | Müəssisə və obyektin adı | Ünvanı | Tabe olduğu təşkilatın adı | İcarə müqavilə-sinin nömrəsi və tarixi |
Ümumi faydalı sahəsi (kv.m) |
Özəlləşdirilən torpaq sahəsi (kv.m) |
Güzəştli satışda iştirak hüququ olan şəxslərin sayı | Əmlakın start (satış) qiyməti (100%) (manat) |
Əmlakın ilkin satış qiyməti (manat) |
Güzəştli satışa yönəldilən hissəsi (15%) (manat) |
Torpaq sahəsinin ilkin (satış) qiyməti (manat) |
Hərraca çıxarılan ümumi ilkin (satış) qiyməti (manat) |
10% beh (manat) |
1 | Əmlak kompleksi | Bakı şəhəri, Səbail rayonu, Salyan sosesi, 17H | İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi | x | 71.7 | 223.0 | x | 20000 | 20000 | x | 50000 | 70000 | 7000 |
№ | Obyektin adı | Ünvanı | Balans saxlayıcısının adı | Mərtəbəliliyi | Ümumi faydalı sahəsi (kv.m) |
Özəlləşdirilən torpaq sahəsi (kv.m) |
Əmlakın ilkin (satış) qiyməti (100%) (manat) |
Torpaq sahəsinin ilkin (satış) qiyməti (manat) |
Hərraca çıxarılan ümumi ilkin (satış) qiyməti (manat) |
10% beh (manat) |
1 | Qeyri-yaşayış sahəsi | Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 73 | Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi | 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi | 26.5 | x | 9000 | x | 9000 | 900 |
№ | Müəssisə və obyektin adı | Ünvanı | Tabe olduğu təşkilatın adı | Ümumi faydalı sahəsi (kv.m) |
Özəlləşdirilən torpaq sahəsi (kv.m) |
Güzəştli satışda iştirak hüququ olan şəxslərin sayı | Əmlakın start (satış) qiyməti (100%) (manat) |
İlkin satış qiyməti (manat) |
Əmək kollektivinə güzəştli şərtlərlə satılmış hissə (15%) (manat) |
Torpaq sahəsinin ilkin (satış) qiyməti (manat) |
Hərraca çıxarılan ümumi ilkin (satış) qiyməti (manat) |
10% beh (manat) |
1 | 145 saylı bufet | Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi | İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi | 299.2 | 786.0 | 1 | 40000 | 40000 | x | 40000 | 80000 | 8000 |
№ | Obyektin adı | Ünvanı | Balans saxlayıcısının adı | Mərtəbəliliyi | Ümumi faydalı sahəsi (kv.m) |
Özəlləşdirilən torpaq sahəsi (kv.m) |
Əmlakın ilkin (satış) qiyməti (100%) (manat) |
Torpaq sahəsinin ilkin (satış) qiyməti (manat) |
Hərraca çıxarılan ümumi ilkin (satış) qiyməti (manat) |
10% beh (manat) |
1 | Qeyri-yaşayış sahəsi | Bakı şəhəri, Səbail rayonu, Ş.Ələkbərova küçəsi, 7 | Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi | 4 mərtəbəli binanın zirzəmisinin bir hissəsi | 106.9 | x | 80000 | 80000 | 8000 | |
2 | Qeyri-yaşayış binası | Ağdam rayonu, Böyükbəyli kəndi | Ağdam Rayon İcra Hakimiyyəti, Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi | 1 mərtəbəli ayrı tikili | 210.8 | 2186.5 | 20000 | 10000 | 30000 | 3000 |