Çinin "Star" adlı yeni texnologiya birjası bazar ertəsi günü fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, ilk əməliyyat gününüdə birjada səhmləri ticarət olunan 25 şirkətin hamısının səhmləri bahalaşıb.
Ən çox "Anji Microelectronics Technology Co." şirkətinin səhmləri bahalaşıb - 410%.
Yüksək səviyyəli rəsmilər, səhmlərin ilkin kütləvi təkliflərində təxminən 5.4 milyard dollar olmaqla nəzərdə tutulduğundan 20% daha çox vəsait toplandığını açıqlayıblar. Verilən açıqlamalar səhmlərin qiymətlərinə müsbət təsir edib.
ABŞ-dakı "Nasdaq" birjasının model olaraq götürüldüyü "Star" birjası Çinin "Alibaba Group" və ya "Tencent Holding" kimi iri şirkətlərini Nyu-York və ya Honq Konq birjalarına verməməyi hədəfləyir.