İyunun 21-də ən populyar kriptovalyuta hesab edilən bitkoinin qiyməti illik rekordunu yeniləyərək gün ərzində 9900 dolları keçib.
FED.az xəbər verir ki, ümumilikdə, son 3 ay ərzində bitkoin 3 dəfə bahalaşıb. Belə ki, 2019-cu ilin fevral ayında onun dəyəri 3500 dollar, martın 22-də isə 4028 dollar təşkil edib.
Mayın 14-də birkoin 8 min dolları, 30-da isə 9 min dolları keçib.
“Bloomberg” yazır ki, bitkoinin kursunun sürətli artımı diqqəti bir məqamdan yayındırır - onu, demək olar, heç kim ödəniş vasitəsi kimi istifadə etmir.
2019-cu ilin aprel ayında maliyyə tranzaksiyaları ilə satınalmaların yalnız 1,3 faizi bitkoin vasitəsilə həyata keçirilib.