Son həftələrdə sürətlə artan Bitkoin kəskin ucuzlaşıb. FED.az-ın məlumatına görə, Bitkoinin qiyməti son 1 ayda 14 min dollara yaxınlaşsa da, hazırda birjalarda 10 min dollar ətrafında alıb-satılır.
Hətta sutka ərzində bu koinin qiyməti 10 min dollardan da aşağı düşüb. Ekspertlərin qənaətinə görə, bitkoinin ucuzlaşmasının səbəbi Yaponiyanın Osaka şəhərində təşkil edilən Böyük İyirmilər (G20) sammiti, ABŞ və Çinin ticarət danışıqları davam etdirəcəyini açıqlaması olub. Məsələ bundadır ki, iki ölkə arasında iqtisadi gərginlik zamanı investorlar yarırımlarını saxlamaq üçün təhlükəsiz sahə axtarışında idilər və bu sahələrdən biri də bitkoin idi. İndi isə gərginliyin azalması bitkoinə marağı azaldıb.
Bitkoin kəskin ucuzlaşdı – SON QİYMƏT
17:18
2 İyul 2019