Bitkoin 10 min dollarlıq həddi keçib.
FED.az xəbər verir ki, dünyanın əsas kriptovalyutası bir gün ərzində min dollardan da artıq qiymət yığaraq 9700 dollardan 10 830 dollara qalxıb.
Sonradan qiymət 10690 dollarda sabitləşib.
Ümumiyyətlə, son 4 ayda bitkoin 3 dəfədən artıq bahalaşıb. Fevral ayında 3,5 min dollara satılan kriptopvalyuta cəmi bir neçə ay ərzində rekord həddə bahalaşıb.
Bir sıra koinlər daha sürətlə bahalaşıb. Belə ki, son bir sutka ərzində «HedgeTrade»in qiyməti 33,8%, «Dent»in qiyməti 26,1%, «Insight Chain»in qiyməti isə 24,6% bahalaşıb.
Bitkoin 10 min dolları keçdi – QİYMƏT ARTIMI DAVAM EDİR
09:18
22 İyun 2019