Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoinin qiyməti artıb.
FED.az xəbər verir ki, Bitcoin  bu gün 1,25 % dəyər qazanaraq  6 337 dollar olub.
Bitcoin Cash və Etherum da yüksəlib.
Belə ki, Bitcoin cash 0,71 % artaraq 447 dollar, Etherumun 0,54 % bahalaşaraq 200 dollar təşkil edib.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 26-ı ucuzlaşıb qalan 74-ü isə bahalaşıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 202 963 551 378 $ -dır.
 
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
 
Bitcoin yenidən bahalaşmağa başladı
 
                            
                            
                        
                            00:38
                            15 Okt 2018
                        
                        




 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








