FED.a-ın Trend-ə istinadən məlumatına görə, sentyabrın 24-də qızılın qiyməti sentyabrın 21-i ilə müqayisədə 20,91 manat azalaraq 1 unsiya üçün 2035,104 manat təşkil edib.
Gümüş 0,2624 manat ucuzlaşaraq 1 unsiyası üçün 24,1916 manata bərabər olub.
Platinin qiyməti 18,003 manat azalaraq 1403,69 manat, palladiumun qiyməti isə 11,9425 manat azalaraq 1778,7525 manat təşkil edib.
Ad | 24.09.18 | 21.09.18 | |
Qızıl | XAU | 2035,104 | 2056,014 |
Gümüş | XAG | 24,1916 | 24,454 |
Platin | XPT | 1403,69 | 1421,693 |
Palladium | XPD | 1778,7525 | 1790,695 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir