2024-cü ildə Azərbaycanın qiymətli kağızlar bazarında 72 milyard 473,3 milyon manatlıq əməliyyat aparılıb.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 44 milyard 404,1 milyon və ya 2,6 dəfə çoxdur.
İllik göstəricinin 8 milyard 651 milyon manatlıq hissəsi ilkin bazarda, 63 milyard 822,3 milyon manatlıq hissəsi isə təkrar bazarda formalaşıb.
İlk bazarda formalaşmış əməliyyatların həcmi 423,6 milyon manat (5,1%), təkrar bazarda isə 43 milyard 980,5 milyon manat (3,2 dəfə) artıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 72 min 272 əqd bağlanılıb. Bu, illik müqayisədə 58 min 727 əqd və ya 5,3 dəfə çoxdur. Əqdlərin 51 762-si ilkin bazarın payına düşüb ki, bu da 2023-cü ilin sonuna nisbətən 49 min 970 əqd və ya 22,6 dəfə çoxdur.
20 min 510-u isə təkrar bazarın payına düşüb ki, bu 2023-cü illə müqayisədə 9 min 257 əqd və ya 82,3% artqıdır.
Ötən il ərzində Azərbaycanın. qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 7 milyard 864,4 milyon manatlıq hissəsi başqa sözlə 10,9 %-i dövlət qiymətli kağızlarının, 3 milyard 686,7 milyon manatlıq hissəsi başqa sözlə, 5,1 %-i korporativ qiymətli kağızların, 60 milyard 922,2 milyon manatlıq hissəsi başqa sözlə, 84,1 %-i isə repo əməliyyatlarının payına düşüb.