Mayın 30-da "EKSPRESS-C" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, iclasda Cəmiyyətin 2021-ci ilin maliyyə ilinin yekununa görə hesabatlarını təsdiq edilməsi, mənfəət və zərərin bölüşdürülməsi; Cəmiyyətdə korporativ idarəetmə strukturunun müzakirə olunması və təkmilləşdirilməsi, müvafiq təyinatların edilməsi; Cəmiyyətin adının, hüquqi ünvanının və strukturunun dəyişdirilməsi ilə bağlı yeni (ikinci) redaksiyada nizamnaməsinin təsdiq edilməsi müzakirə ediləcək.
Bundan başqa, iclasda müzakirə olunacaq əsas məsələlərdən biri İstiqraz buraxılışı haqqında qərara, baza emissiya prospektinə və yekun buraxılış şərtlərinə dəyişikliyin edilməsi olacaq.
Səhmdarların növbəti ümumi yığıncağı 30 may 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C ünvanında saat 16:00-da keçiriləcəkdir.
Xatırladaq ki, «EKSPRESS-C» ASC-nin istiqrazları bu ilin əvvəlində buraxılıb. Sayı 1000 ədəd, hər birinin nominal dəyəri 1000 manat olan ümumilikdə 1 milyon manatlıq istiqrazlar illik 12,5% gəlirliliklə, 2 illik müddətə buraxılıb, faizlərin isə 2 aydan bir ödənilməsi nəzərdə tutulur.
Metal məmulatlarının istehsalı ilə məşğul olan və istehsal sahəsi Qobustan rayonu, Navahi qəsəbəsində yerləşən şirkətin nizamnamə kapitalının 96.22 %-i İsmayılov Camaləddin Nurəddin oğluna, 3.78%-i Hüseynov Ömər Sahib oğluna məxsusdur.