Rusiyanın maliyyə nəzarəti xidməti - Rosfinmonitorinq təklif edib ki, 100 min rubldan (indiki məzənnə ilə 1,33 min dollar edir) artıq pul köçürmələri yalnız bank hesabının açılması ilə mümkün olsun, bank hesabı olmadan bu məbləğən artıq köçürmələr qadağan edilsin.
Rusiya dövlət büdcəsinin kəsiri 45%-ə çatıb – 34 MİLYARD DOLLAR
FED.az xəbər verir ki, təklifdə məqsəd, pul axınlarına daha ciddi nəzarət, eləcə də müştərilərin daha dəqiq identifikasiya edilməsidir.
Qeyd edək ki, Rosfinmonitorinq bununla bağlı təklifi xeyli yumşaldıb – bundan əvvəl qurum 60 min rubldan artıq ödənişlər üçün bank hesabının açılmasını tələb edirdi.