"Xalq Bank" dollar əmanətlərinini faizlərini artırıb.
Ən sərfəli dollar əmanəti hansı bankdadır? – BANKLAR, ŞƏRTLƏR, SİYAHI (Avqust, 2025)
FED.az biznes və maliyyə xəbərləri agentliyi xəbər verir ki, bankin dollar əmanətləri üzrə bəzi məhsulların faizlərində nəzərəçarpacaq dəyişikliklər olub.
Belə ki, 2025-ci ilin yanvarı ilə müqayisədə avqust ayında dollar əmanətinin faiz artımı həm “Proqres”, həm də adi müddətli əmanət məhsulunda müşahidə olunub.
Belə ki, yanvarda "Xalq Bank"ın “Proqres” əmanətində 12 aylıq dollar depoziti üzrə faizlər həm aylıq, həm də müddətin sonunda ödənişdə faiz 0,5% idi.
Avqust ayında isə əmanət faizləri artırılıb, nəticədə “Proqres” əmanətində 12 aylıq dollar depoziti üzrə faizlər aylıq 1,75%-ə, müddətin sonunda ödənişdə isə 2,25%-ə qaldırılıb.
Bankın adi müddətli əmanətlərində də fazi artımı müşahidə olunub. Belə ki, yanvarda 6 aylıq depozit üçün aylıq ödənişlə faiz 0,1%, müddətin sonunda isə 0,2% idi, avqustda isə bu göstəricilər müvafiq olaraq 1% və 1,5%-ə yüksəlib.
9 aylıq müddətdə olan əmanətlərdə yanvarda aylıq əsasla ödənişdə 0,2% və müddətin sonunda ödənişlə 0,3% olan faizlər avqustda uyğun olaraq 1,5% və 2%-ə qalxıb.
12 aylıq müddətli depozitlərdə isə aylıq ödənişlə faiz 0,4%-dən 2%-ə, müddətin sonunda isə 0,5%-dən 2,5%-ə qədər artıb.