Rusiyanın doqquz bankı “Krokus” terror aktı nəticəsində ölən və yaralananların kreditlərini siləcək.
FED.az xəbər verir ki, Rusiyanın 9 bankı “Moskva Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində ölən və yaralananların bütün kredit borclarını bağlamağa hazır olduqlarını bildiriblər.
Bu barədə həmin bankların bəyanatlarında bildirilir.
«Sberbank», fövqəladə hallardan zərər çəkmiş müştərilərə dəstək proqramı hazırlandığını bildirib, hazırda bank bununla bağlı müştərilərin kredit tarixçələrini təhlil edir: «Kreditlər ödəniləcək»- deyə Sberbank mətbuat xidmətindən bildirilib.
«VTB Bank», «Alfa Bank», «Sovcombank», «Home Bank», «Qazprombank», «Tinkoff Bank», «Uralsib» və «DOM.RF Bank» da terror aktı zamanı həlak olan və yaralananların bütün kredit borclarını silməyə söz verib. «Poçta Bank» da qurbanların ailələrinin kreditlərini silməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, bir qədər əvvəl «Sovcombank»ın idarə heyətinin sədr müavini Sergey Xotimski bildirmişdi ki, bank «Crocus City Hall»da baş vermiş terror aktı qurbanlarının, eləcə də onların yaxın qohumlarının bütün kreditlərini silmək niyyətindədir.
Xatırladaq ki, bir gün əvvəl «Crocus City»də terror aktı olub. «Piknik» qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.