Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 110 ədəd minik avtomobili istehsal edilib.
FED.az Dövlət Statitistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 600 ədəd, başqa sözlə 39,7% çoxdur.
Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 510 ədəd minik avtomobili istehsal edilib.
Bu ilin oktyabrın 1-nə hazır məhsul ehtiyatı 497 ədəd olub ki, bu da illik müqayisədə 333 ədəd, yəni 3 dəfə çoxdur.
Keçən ilin oktyabrın 1-nə hazır məhsul ehtiyatı 164 ədəd olub.