2025-ci ilin ilk doqquz ayının yekunlarına əsasən, Azərbaycan bank sektorunda qeyri-faiz gəlirlərinin dinamikası açıqlanıb.
FED.az xəbər verir ki, siyahıya görə, bankların qeyri-faiz gəlirlərinin dinamikası həm faizlə, həm də min manatla ifadə olunub.
Renkinqə qeyri-faiz gəlirlərinin faizlə dinamikasına görə ən yüksək artım 2,9 dəfə və ya 148 min manatla “Bank Melli İran” Bakı filialı başçılıq edir.
İkinci yerdə 43,1% və ya 98 milyon 303 min manat artımla “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC qərarlaşıb.
“Ziraat Bank Azərbaycan” ASC 38,3% və ya 5 milyon 233 min manat artımla üçüncü, “Bank BTB” ASC isə 32,9% və ya 1 milyon 406 min manat artımla dördüncü olub.
Digər banklar arasında “Xalq Bank” ASC (23,9% və ya 7 milyon 682 min manat), “Bank Avrasiya” ASC (19,8% və ya 368 min manat), “TuranBank” ASC (16,8% və ya 2 milyon 474 min manat), “Bank of Baku” ASC (16,2% və ya 2 milyon 113 min manat) və “Bank VTB (Azərbaycan)” ASC (15,8% və ya 1 milyon 553 min manat) qeydə alınıb. Siyahının davamında “Yapı Kredi Bank Azərbaycan” QSC (11,1% və ya 2 milyon 109 min manat), “Unibank KB” ASC (10,2% və ya 8 milyon 696 min manat), “Bank Respublika” ASC (7,5% və ya 2 milyon 99 min manat), “Kapital Bank” ASC (4,9% və ya 21 milyon 513 min manat), “AFB Bank” ASC (4,8% və ya 313 min manat) və “PAŞA Bank” ASC (3,0% və ya 5 milyon 931 min manat) yer alıb.
Ən az artım göstərən banklar arasında “Azərbaycan Sənaye Bankı” ASC (1,6% və ya 190 min manat) qeydə alınıb.













