Azərbaycandan xarici bazarlara tərəvəz ixracında artım dinamikası davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən FED.az-a bildirilib ki, bu ilin ilk dörd ayı ərzində tərəvəz ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artım qeydə alınıb.
Yanvar-aprel aylarında xarici bazarlara 80,416,5 min ABŞ dolları dəyərində 71,466.1 ton tərəvəz məhsulları ixrac olunub.
İxrac olunan məhsullar arasında pomidor, xiyar, kartof, soğan, sarımsaq, yerkökü və s. üstünlük təşkil edir.