Bir neçə gün əvvəl müşahidə olunan güclü yağış və dolu Cəlilabad rayonunda çiyələk sahələrinə zərər vurub.
Xarici bazarlarda satıldığına görə fermerlərin bu sahəyə - MARAĞI ARTIB
FED.az xəbər verir ki, bu barədə bir qrup yerli sahibkar məlumat verib.
Onların sözlərinə görə, havanın qeyri-sabit keçməsi çiyələk kollarını və meyvələrini zədələyib.
Buna görə də, çiyələk sahələrini sığorta etdirməyən bəzi sahibkarlar çətin duruma düşüblər.
Fermerlər bildirib ki, güclü külək və dolu nəticəsində artıq sahələrdə meyvələr sürətlə çürüməyə başlayıb.
Qeyd olunub ki, təbiət hadisəsi nəticəsində kolların üzərində həm yetişmiş, həm də kal meyvələr məhv edilib.
İndiyədək mövsüm zamanı əlverişsiz hava şəraiti ilə qarşılaşmadıqlarını söyləyən sahibkarlar əkin sahələrini sığorta etdirmədiklərini bildiriblər. Ona görə də bu mövsümün zərərlə başa çatacağı ehtimal edilir.
Məsələ ilə bağlı Cəlilabad Rayon Dövlət Aqrar Mərkəzindən bildirilib ki, baş verən qasırğa və yağan dolu çiyələk təsərrüfatına ciddi ziyan verib.
Qeyd edilib ki, yetişmiş məhsul kol üzərində çürüyərək yerə tökülür. Məlumatda bunun çiyələyin qiymətinə təsir göstərəcəyi vurğulanıb. (Report)