Azərbaycanın böyük şirkətlər qruplarından biri olan «Lu-Mun Holdinq» MMC 2022-ci ili zərərlə başa vurub.
Dövlətdən hər il 12-14 milyon dəstək alan «Şahdac Turizm Mərkəzi» yenə də zərərlə işləyir – DAHA 8 MİLYON MANAT
Reklam gəlirləri artsa da, Reklam Agentliyi - ZƏRƏRLƏ İŞLƏMƏYƏ BAŞLAYIB, KAPİTALI AZALIB - HESABAT
Azərbaycandakı şpris zavodu hər il - 2 MİLYON QAZANC GÖTÜRÜR – HESABAT
İşlənmiş yağların emalı biznesi quran şirkət – 2,7 MİLYON MANAT QAZANC GÖTÜRÜB
Keçmiş bankirin ortaq olduğu şirkət – ZƏRƏRDƏN MƏNFƏƏTƏ KEÇİB - MƏBLƏĞLƏR
«Qohum» şirkətindən faizsiz borc alan «City Finance BOKT»un - VƏZİYYƏTİ MƏLUM OLDU
Şirkətin açıqladığı hesabatdan məlum olur ki, son bir neçə il müşahidə edilən zərər tendensiyası ötən il də davam edib – şirkət 2022-ci ili də zərərlə tamamlayıb.
Hesabata əsasən 2022-ci ildə «Lu-Mun Holdinq»in satışdan gəlirləri 76,7 milyon manat olub, əvvəlki illə müqayisədə satış həcmi 21 milyon manat və ya 43% artıb, belə ki - 2021-ci ildə şirkətin satışları 55 milyon manat idi. Satışaın maya dəyəri isə 73,7 milyon manat olub, əvvəlki illə müqayisədə burada da 20 milyon manat və ya 37% artıb. Qeyd edək ki, 2021-ci ildə «Lu-Mun Holdinq»in satışlarının maya dəyəri 55,8 milyon manat olmuşdu.
Bundan başqa, 2022-ci ildə «Lu-Mun Holdinq» bioloji aktivlərin dəyərindəki xalis dəyişiklikdən 9 milyon manat əldə edib. 2021-ci ildə bu artım 2,3 milyon manat idi.
Nəticədə 2022-ci ildə Holdinqin ümumi mənfəəti 12,1 milyon manat olub, 2021-ci illə müqayisədə 3,5 dəfə artıqdır.
Ötən il «Lu-Mun Holdinq»in ümumi və inzibati xərcləri 2021-ci ilə nisbətən 26% artaraq 15,4 milyon manatdan 19,4 milyon manata yüksəlib. Bunun təqribən 2 milyon manatı ümumi itkilərdəki paydır. Nəticədə holdinq 2022-ci ili 7 milyon 30 min manat həcmində əməliyat zərəri ilə tamamlayıb. Əvvəlki illə müqayisədə zərər bir qədər azalıb, belə ki, 2021-ci ildə «Lu-Mun Holdinq»in əməliyyat zərəri 11,4 milyon manat olmuşdu.
Bundan başqa, 2022-ci ildə Holdinqin 6,5 milyon manatldıq qeyri-maliyyə xərcləri də olub. Nəticədə «Lu-Mun Holdinq» 2022-ci ili 13,5 milyon xalis zərərlə başva vurub. 2021-ci ildə isə xalis zərər 16,3 milyon manat idi.
2022-ci ildə «Lu-Mun Holdinq»in ümumi aktivləri 5% artaraq 159 milyon manata yüksəlib.
Bunun 96,6 milyon manatə əmlak və avadanlıqlar, 6,3 milyon manatı bioloji aktivlər, daha 6,1 milyon manat isə şirkətin alacağı borclardır.
2022-ci ildə «Lu-Mun Holdinq»in öhdəlikləri 6 milyon manat artaraq 76 milyon manata yüksəlib.
Şirkətin kapitalı isə 1 milyon manat artaraq 82,4 milyon manata çatıb. Əslində «Lu-Mun Holdinq»in səhmdarları buraya indiyədək ümumilikdə 147 milyon manat yatırıblar. Bunun 113 milyon manatı şirkət yaradılanda, 34 milyon manat isə sonradan əlavə edilib. Amma indiyəədk zərərlə işlədiyi dövrlərdə şirkət təqribən 65 milyon manat zərər də toplayıb.
Qeyd edək ki, «Lu-Mun Holdinq» 4 əsas istiqamətdə bizneslə məşğuldur və qrupa 4 iri şirkət daxildir. Bunlar
1) Balıqçılıq məhsullarının istehsalı ilə məşğul olan «Azerbaijan Fish Farm» - nərə və beluqa balıqlarının kürüsünü «Baku Caviar» brendi altında istehsal edib satır. Yeri gəlmişkən, şirkətin istehsal etdiyi «Beluqa» qara kürüsünün 125 qramı 430 manata, yəni kiloqramı 3400 manata, nərə balığı kürüsünün isə 50 qramı 141 manata, yəni kiloqramı 2800 manata satılır. Şirkət bildirir ki, satılan hər banka qara kürüyə görə, Kür çayına 10 nərə balığı buraxır.
2) Orqanik məhsulların istehsalı ilə məşğul olan «Azerbaijan Organic Company» - Bal Ayi – «Honeymoon» brendi altında təbii bal, «ALP» brendi altında toyuq ətindən təbii qəlyanaltılar, «Biogubre» brendi altında orqanik gübrə və «Baku Saffron» brendi altında zəfəran istehsal edir.
3) Azərbaycanda ən böyük premium-keyfiyyətli qızılgül istehsalçısı olan «Azerbaijan Flowers Company» şirkəti – Bakıdan 30 kilometr məsafədə, Qala kəndində, istixana-istehsalat kompleksində qızıl gül istehsalı ilə məşğuldur, burada iki yüz mindən çox bitki becərilir.
4) Toyuq əti istehsalı ilə məşğul olan «Azerbaijan Poultry Company» MMC 2012-ci ildə regionların inkişafı üzrə dövlət proqramı çərçivəsində yaradılmış yüksək texnoloji şirkətdir. Şirkətin əsas fəaliyyəti «Mərcan» brendi altında ekoloji təmiz və yüksək keyfiyyətli toyuq əti istehsalıdır. Müəssisə Ucar rayonunda yerləşir və 58 hektardan çox ərazini əhatə edir.