"Aqrarkredit"in Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlaklar açıq hərracda satıldı
Ləğv olunan bankların Xətaidə yerləşən obyektləri - HƏRRACDA SATILIR - QİYMƏTLƏR
FED.az xəbər verir ki, 2025-ci il aprelin 28-də saat 11:00-da keçirilən açıq hərrac zamanı "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının balansında olan iki qeyri-yaşayış sahəsi satılıb.
Hərraca çıxarılan əmlaklardan biri Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944 A məhəllə, ev 3 ünvanında yerləşən 259.6 kvadratmetrlik qeyri-yaşayış sahəsi olub. Bu əmlakın start qiyməti 182 min manat olsa da, hərrac zamanı 232 min manata satılıb.
Digər obyekt isə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, giriş 28X ünvanında yerləşən 33.8 kvadratmetrlik qeyri-yaşayış sahəsi olub. Bu əmlak da start qiymətindən yuxarı satılıb – ilkin qiyməti 83 300 manat olan obyekt üçün alıcı 107 min manat ödəyib.
Beləliklə, hər iki əmlak üzrə satış qiymətləri start qiymətindən xeyli yüksək olub. Bu da göstərir ki, əmlaklara maraq böyük olub və rəqabətli hərrac mühiti formalaşıb.
Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.