2022-ci ildə daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 24,8 milyon manat daxil olub.
Azərbaycanda özəlləşdirilmiş müəssisələrdən - YALNIZ 30%-İ AKTİV FƏALİYYƏT GÖSTƏRİR
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
"Bu, öncəki illə müqayisədə 53,3 % çoxdur", - nazir qeyd edib.
M.Cabbarovun sözlərinə görə, büdcə gəlirlərinin formalaşmasında dövlət əmlakının idarəedilməsi sahəsindən daxilolmaların rolu artır.