Azərbaycanda özəlləşdirmə prosesində özəlləşdirilmiş səhmdar cəmiyyətlərdən yalnız 30%-i, yəni hər 3 müəssisədən yalnız biri aktiv fəaliyyət göstərir.
FED.az xəbər verir ki, orta və iri müəssisələrin özəlləşdirilməsi ölkədə 1997-ci ildən bəri həyata keçirilən kütləvi özəlləşdirmə proqramının əsas istiqamətlərindən biri olub.
Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbəri Mətin Eynullayev dünən keçirilən mətbuat konfransında özəlləşirilən müəssisələrin vəziyyəti ilə bağlı hazırki vəziyyəti açıqlayıb.
FED.az-ın sualına cavab olaraq M.Eynullaev bildirib ki, Azərbaycanda özəlləşdirmə başlayandan indiyədək ölkədə orta və iri müəssisələrin bazasında 1566 Səhmdar Cəmiyyət yaradılıb. İndiyədək onlardan 1476 səhmdar cəmiyyət, yəni 94%-i tamamilə özəlləşdirilib, yəni onlardan artıq dövlət payı qalmayıb.
«Bu günə 90 səhmdar cəmiyyətdə dövlətin payı var. Və bunlardan yaldnız 23 səhmdar cəmiyyətdə nəzarət zərfi (yəni səhmlərin 51%-dən çoxu – FED.az) dövlətdədir. 67 səhmdar cəmiyyətdə isə səhmlərin yalnız 30%-i dövlətə məxsusdur».
Xidmət rəhbəri bildirib ki, bu müəssisələrdə dövlətin payının özəlləşdirilməsiilə bağlı müxtəlif obyektiv səbəblər var. «Məsələn, səhmdar cəmiyyətin yerləşdiyi ərazidən gələcəkdə böyük yol nəqliyyat infrastrukuturu keçəcək. Və yaxud Bakı Şəhərinin Baş planına əsasən həmin müəssisənin yerləşdiyi ərazidə müəssisə olmayacaq».
Belə vəziyyətdə müəssisəni özəlləşdirib, sonra isə onu yeni sahibi ilə köçürülmə sahəsində problem yaranmiaması üçün hələlik hökumət bu müəssmələrin tam özəlləşdirrməsin dayandırıb. Qismən özəlləşdirilmiş Səhmdar cəmiyyətlərin səhmləri isə hərraclar vasitəsilə mütəmadi satışa çıxarılır.
«Özəlləşdirilən müəssisələrin fəaliyyətinə gəlincə, məsələn, özəlləşdirilmiş müəssisələrin - 1476 tamamilə özəlləşdirilmiş müəssisədən yalnız 434-ü, yəni ümumi sayın 30%ə qədəri, öz profili üzrə və ya profilini dəyişdirməklə aktiv fəaliyyətdədir.
Yəni bizim özəlləşdirmə tarixində özəlləşdirilmiş müəssisələrin yalnız 30%-i aktiv fəaliyyət göstərir».
Özəlləşdirilmiş müəssisələrin 55%-i (yəni 812-si – FED.az) ümumiyyətlə fəaliyyətini dayandırıb.
«Yerdə qalan müəssisələr isə, bunlar 230 səhmdar cəmiyyətdir. Onlar yalnız öz əmlakını və ərazisini icarəyə venrməklə, yəni passiv fəaliyyət göstərirlər»-deyə xidmət rəhbəri bildirib.
«Bu artıq obyektiv reallıqdır. Bunun səbəbləri barədə çox danışmaq olar. Biz obyektiv realığı görürük, ona görə də fikirləşmək ki, bu məssisələrin böyük potensial və sair... Bu vəziyyət artıq göstəricidir. Bu artıq göstərir ki, müəssisələrin 55%-i özəlləşəndən sonra işləyə bilmədi»-deyə Mətin Eynullayev bildirib.
Xidmət rəhbəri bildirib ki, həmin müəssələr artıq köhnəlib və bazarlarını itiriblər: «Razılaşaq ki artıq bu müəssisələrin əksəriyyəti dövrün tələblərinə cavab vermir, o cümlədən texnologiyaları köhnəlib. Həm də onların iqtisadi əlaqələri itirildiyinə və bazarlarını itirildiyinə görə, həmin bazarlar xarici şirkətlər tərəfindən tutulduğuna görə, bu müəssisələr artıq aktiv fəaliyyət göstərə bilmirlər».