Bu ilin I rübündə Azərbaycanda 129 751 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Naxçıvanda sürətlə yeni əmlak şirkətləri yaradılır - ƏMLAK BAHALAŞACAQ
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məmumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 76,9 % çoxdur.
3 aylıq göstəricinin 22 223-ü (17,1 %) ilkin, 107 528-i (82,9 %) isə təkrar qeydiyyatın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyat 23,6 %, təkrar qeydiyyat isə 94,2 % artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 11 458-i fərdi yaşayış və bağ evi, 22 451-i mənzil, 93 097-si torpaq sahəsi, 753-ü qeyri-yaşayış binası, 1 797-si qeyri-yaşayış sahəsi, 163-ü əmlak kompleksi, 32-si isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 22 323-ü Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşüb.
Hesabat dövründə 108 811 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə illik müqayisədə 88,2 % çoxdur. Qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 1 il əvvələ nisbətən 17,7 % artaraq 17 714 olub.