Naxçıvan Muxtar Respublikasında bir neçə ay əvvəl elan edilən «istiləşmə»dən sonra biznes mühitin də «buzları əriməyə» başlayıb.
Naxçıvanda 877 min manat kapialla - Yeni Şirkət Yaradılıb
FED.az xəbər verir ki, artıq Muxtar Respublikada sahibkarların aktivliyi müşahidə edilir. Eləcə də indiyədək ölkənin digər ərazilərində fəaliyyət göstərən sahibkar və şirkətlər Naxçıvanda da biznesə başlayıblar.
Bu prosesdə diqqəti çəkən cəhətlərdən biri Naxçıvanda yeni əmlak şirkətlərinin yaradılmasıdır.
FED.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, son bir neçə həftədə Naxçıvanda iri kapitalla bir neçə əmlak şirkətləri yaradılıb. Maraqlıdır ki, şirkətlərin adları bir-birinə uyğundur və bəziləri eyni ünvanlarda yerləşir.
Beləliklə, təkcə martın 30-31-də Naxçıvanda «NAXPROPERTY» adlı 4 şirkət qeydiyyatdan keçib.
«NAXPROPERTY-S1» MMC (VÖEN: 201420511) martın 31-də qeydiyyata alınıb.
Hüquqi ünvanı: AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, HEYDƏR ƏLİYEV ev.34 m.5. Nizamnamə kapitalı: 156 100 manat. Qanuni təmsilçi: Hüseynov Fariz Hidayət oğlu.
«NAXPROPERTY-S2» MMC (VÖEN: 201418771) – martın 30-da qeydiyyata alınıb
Hüquqi ünvanı: AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, HEYDƏR ƏLİYEV ev.19 m.30. Nizamnamə kapitalı: 107 100 manat. Qanuni təmsilçi: Hüseynov Fariz Hidayət oğlu.
«NAXPROPERTY-3» MMC (VÖEN: 201420231) martın 31-də qeydiyyata alınıb.
Hüquqi ünvanı: AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, HEYDƏR ƏLİYEV ev.34. Nizamnamə kapitalı: 200 000 manat. Qanuni təmsilçi: Səfərova Şəfəq Nəbi qizi.
«NAXPROPERTY-S3» MMC (VÖEN: 201419711) martın 31-də qeydiyyata alınıb.
Hüquqi ünvanı: AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, HEYDƏR ƏLİYEV ev.19 m.31. Nizamnamə kapitalı: 102 200 manat. Qanuni təmsilçi: Hüseynov Fariz Hidayət oğlu.
«NAXPROPERTY-4» MMC (VÖEN: 201419281) martın 30-da qeydiyyata alınıb.
Hüquqi ünvanı: AZ7000, NAXÇIVAN ŞƏHƏRİ, HEYDƏR ƏLİYEV ev.19. Nizamnamə kapitalı: 916000 manat. Maliyyə ili: 01 Yanvar - 31 Dekabr. Qanuni təmsilçi: Əliyev Vaqif Əli oğlu.
«NAXPROPERTY»lərdən əlavə olaraq Naxçıvanda eyni şəxs tərəfindən daşınmaz əmlakla məşğul olacaq daha bir şirkət - «DUZDAĞ ESTATE» MMC (VÖEN: 201419971) də yaradılıb. Martın 31-də qeydiyyatdan keçmiş şirkətin hüquqi ünvanı: AZ7000, Naxçivan Şəhəri, Duzdağ Massivi. «Duzdağ» MMC-nin nizamnamə kapitalı daha böyükdür - 2 500 000 manat.
Qanuni təmsilçi: Hüseynov Fariz Hidayət oğlu.