Ötən il Azərbaycanda xüsusi mülkiyyətdə içki istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrdən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxilolmaların xüsusi çəkisinin real hesablamalara nisbəti 32,2% olub.
FED.az xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” Hesablama Palatasının rəyində qeyd edilib.
Bildirilib ki, bu göstərici topdansatış ticarətlə məşğul olan müəssisələr üzrə 49,9% təşkil edib, tütün məmulatları istehsalı ilə məşğul olan müəssisələr tərəfindən isə ümumiyyətlə büdcəyə 2024-cü ildə mənfəət vergisi ödənilməyib.