Rusiyanın “S7” aviaşirkəti iyunun 23-dən etibarən Krasnoyarsk-Bakı marşrutu ilə müntəzəm reyslərə start verir.
Eləcə də bax: Daha bir türk şirkəti - Bakıdan Antaliyaya - UÇUŞLARA BAŞLAYIR - QİYMƏTLƏR
FED.az xəbər verir ki, uçuşlar həftədə bir dəfə - çərşənbə günləri yerinə yetiriləcək. Krasnoyarskdan Bakıya reyslər yerli vaxtla saat 18:35-də, Bakıya eniş saat 21:00-da baş tutacaq. Azərbaycanın paytaxtından uçuş yerli vaxtla saat 22:00-da planlaşdırılır. Uçuş müddəti 5 saat 25 dəqiqə, əks istiqamətə - 4 saat 55 dəqiqiədir.
Bakıya uçuşların proqramı oktyabr ayının sonunadək qüvvədə olacaq.
“S7” Rusiyanın ən iri aviaşirkətlərindən biridir. 2020-ci ildə şirkət tərəfindən 12,3 milyon sərnişin daşınıb. “Domodedovo” aeroportunda və Nosobisirskin “Tolmaçevo” aeroportunda bazaları var. Vladislav və Nataliya Filevlər tərəfindən təsis olunub.(İnterfaks)