Türkiyənin “Anadolujet” aviaşirkəti iyunun 20-dən etibarən Antalyadan paytaxt Bakıya həftədə iki dəfə olmaqla uçuşlara başlayır.
FED.az xəbər verir ki, bu barədə “Türkiyə Hava Yolları” (THY) məlumat yayıb.
THY-dan verilən açıqlamaya görə, THY-nin uğurlu markası AnadoluJet beynəlxalq uçuş şəbəkəsini genişləndirməyə davam edir.
Qafqaz bölgəsinin ən böyük şəhəri kimi seçilən Bakı, əhəmiyyətli liman şəhərlərindən biri olduğu üçün ticarət, mədəniyyət və turizm baxımından hər il bir çox yerli və xarici turistə ev sahibliyi edir. İyunun 20-dən etibarən Antalya ilə Bakı Heydər Əliyev Hava Limanı arasında qarşılıqlı uçuşlar çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək.
"AnadoluJet sərnişinləri də 31 Mart 2022-ci il tarixinədək biletlərini cəriməsiz dəyişdirmək hüququna sahib olacaqlar"-deyə açıqlamada bildirilir.
FED.az xəbər verir ki, «Anadolujet» hirkəti ilə Bakı-Antaliya uçuşlarına biletlər «ekonom sinif» üçün bir tərəfə 164 avrodan (328 manatdan) başlayır. Gediş gəliş biletinin qiyməti 330 avro ətrafındadır.