Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın Gürcüstan vətəndaşlarına tətbiq etdiyi viza rejimini ləğv etməsini, həmçinin birbaşa uçuşların bərpasını təxribat adlandırıb.
Tbilisidə kirayə haqları ikiqat artıb - EVLƏRİN SATIŞ QİYMƏTİ REKORD VURUB
FED.az xəbər verir ki, Salome Zurabişvili bu barədə Tvitter hesabında etdiyi paylaşımında qeyd edib:
“Daha bir Rusiya təxribatı! Birbaşa uçuşların bərpası və Gürcüstanla viza qaydasının ləğvi Rusiyanın Ukraynaya təcavüzünə davam etdiyi və bizim ərazimizi işğal etdiyi müddətdə qəbuledilməzdir ”, - deyə Zurabişvili bildirib. (Apa)