Rusiya vətəndaşları üçün xarici istiqamətlər arasında 2023-cü ilin iyun ayında üçulduzlu oteldə yerləşmənin ən aşağı qiyməti Pattaya və Tbilisidədir.
Hotel və mehmanxanalarda gecələmələrin sayı artıb - STATİSTİKA
FED.az xəbər verir ki, bu barədə "OneTwoTrip" səyahət planlaşdırma xidmətinin məlumatında deyilir.
Üçulduzlu oteldə gecəlik ən aşağı qiymət Pattayada qeydə alınıb: 1,3 min rubl. Daha sonra Tiflis (1,7 min rubldan) və Almatı (2,1 min rubldan) gəlir.
İyun ayı üçün üçulduzlu oteldə 3 min rubla qədər qiymətə gündəlik yerləşmək (bron etmək) Astanada, Bakıda, Alanya və Dubayda da mövcuddur.
İrəvandakı otellərdə yerləşmə 3,3 min rubldan başlayır. Seul - təxminən 3,4 min rubl, Minsk - təxminən 3,8 min rubl təşkil edir. Bir az daha bahalı Kəmərdə (4 min rubl), Antalyada (4,4 min rubl), həmçinin Bodrum (5,4 min rubl), Dalaman (6,8 min rubl) və Təl-Əvivdə (7 min rubl) otellərdə yerləşmək mümkündür.
Xidmətə görə, iyun ayında Avropanın üçulduzlu otelində qalmaq 8 min rubldan başlayır. (Marja)