Azərbayxanın tanınmış istirahət mərkəzi ə otelləri 2020-ci ilin gecik miş turizm mövsümünə hazırlaşırlar.
Turizm sektorundan FED.az-a verilən məlumata görə, karantin rejiminin mayın sonuda başa çatması və artıq iyunun 1-dən etibarən otellərin turistləri qəbul edəcəyi gözlənilir.
Eləcə də bax: Müştəri hotel nömrəsindən çıxdıqdan sonra 2 gün oraya - HEÇ KƏS BURAXILMAYACAQ
Artıq bəzi otellər qiymətləri də açıqlayıblar.
Belə ki, «Quba Palas Otel»də 2 nəfərlik otaq günü 120 manat, həftə sonu üçün 160 manat nəzərdə tutulur.
Şabrandakı «Qalaaltı Hotel Spa»da isə iyunun 1-dən turizm mövsümü başlayacağı təqdirdə 2 nfərlik standart otağın 1 günü həftə içi 135 manat, həftə sonu 185 manat nəzərdə tutulub.
Şəkidəki «Marxal Hotel»ində isə qiymətlər iki nəfərlik standart otaq üçün 140 manat nəzərdə tutulub.