Azərbaycan Respublikası Maliyyə Nazirliyi tenderin qalibini elan edib.
Maliyyə Nazirliyi tenderin qalibini - ELAN ETDİ
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati binasında 2 ədəd Genpover (Türkiyə istehsalı) 1600 Kva generatorların və 2 ədəd 1600 Kva (Çətinkaya markalı, 3 hissəli, Türkiyə istehsalı) tənzimləyicilərin, 400Kva Sokomec online UPS-in, 3 ədəd 10Kva online UPS-lərin (Makelsan, İnform) 2021-ci il ərzində texniki xidmətlərinin, təmirinin, ehtiyyat hissələrinin, sürtkü materiallarının satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.
Açıq tenderin qalibi "Həsənoglu" Firması olmuşdur.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi qalibə 32 min 234 manat ödəyəcək.