Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsi (VÖEN – 0200021121) ümumi dəyəri 2 milyon 337 min 500 manat olan iki açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderlərin predmeti əməkhaqlarının və sosial ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınmasıdır. Satınalmalar aşağıdakı kimidir:
1.Əməkhaqlarının və icra olunan sosial ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə bank xidmətləri. Bu tender üzrə ehtimal olunan qiymət 1 milyon 787 min 500 manat təşkil edir. Təkliflərin son təqdim olunma vaxtı 29 yanvar 2026-cı il, saat 16:00-dır. İştirak haqqı 600 manatdır.
|
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
|
1 |
Sosial ödənişlərin illik məbləği |
Karta köçürmə üzrə xidmət haqqına dair təklif |
310.000.000 |
ədəd |
|
2 |
Əmək haqqının illik məbləği |
Əmək haqqı layihəsi çərçivəsində kartlara köçürülən vəsaitə görə |
15.000.000 |
ədəd |
2.İcra olunan sosial ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə bank xidmətləri. Bu tender üzrə ehtimal olunan qiymət 550 min manat təşkil edir. Təkliflərin son təqdim olunma vaxtı 22 yanvar 2026-cı il, saat 16:00-dır. İştirak haqqı 450 manatdır.
|
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
|
1 |
Sosial ödənişlərin illik məbləği |
Karta köçürmə üzrə xidmət haqqına dair təklif |
110.000.000 |
ədəd |
Tenderlər 25 dekabr 2025-ci il tarixində dərc edilib. Zərflərin açılışı müvafiq olaraq son təqdimat tarixlərində, saat 16:00-da keçiriləcək.
İstifadə haqqı hər bir tender üçün 25 manatdır.
Əlaqələndirici şəxs:İlkin Məmmədov - Böyük mütəxəssis
[email protected]
+994 60 323 15 13
İddiaçıların tələb olunan sayı: 3











