Tenderlər

Milli parkın binasının həyətində - ABADLIQ İŞLƏRİ - TENDER

Milli parkın binasının həyətində - ABADLIQ İŞLƏRİ - TENDER | FED.az
11:22 12 Sen 2020

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tender elan edir.

Eləcə də bax: İcra hakimiyyəti abadlıq işləri üçün - TENDER ELAN EDİR

 

FED.az xəbər verir ki, qurum Altıağac Milli Parkının İnzibati binasının həyətyanı ərazisində abadlıq işlərini alır.

 “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsinə əsasən açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən müsabiqədə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Podratçılarla vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsi aparan vəzifəli şəxs: Arzu Vəliyev, Tel.: (012) 567-01-60.

İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla tələb olunan digər sənədləri 01.10.2020-ci il saat 11:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 09.10.2020-ci il saat 17:00 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 12.10.2020-ci il saat 11:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Digər xəbərlər