Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “19 aprel 2021 - ci il tarixdən - 30 dekabr 2021 - ci il tarixədək olan dövr üçün maliyyə hesabatlarının auditinin aparılması və auditor rəyinin verilməsi xidmətinin satınalınması” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib şirkət " L.B. Audit Xidməti" MMC olub. Şirkətlə 6 min 950 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl Şahdağ Turizm Mərkəzinin 9 min 700 manat məbləğindəki "Audit xidmətinin satınalınması" tenderinin qalibi olub (29.11.2021)