“Azərişıq” ASC tərəfindən Kəlbəcər rayonu ərazisindəki yaşayış məntəqələrinin elektriklə təmin olunması məqsədilə irimiqyaslı enerji layihəsi həyata keçirilir. Layihə çərçivəsində "Kəlbəcər" yarımstansiyasından 35 kV-luq iki dövrəli elektrik veriliş xəttinin çəkilməsi nəzərdə tutulur.
Tibbi qurum 702 min manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
FED.az xəbər verir ki, bu mühüm infrastruktur layihəsinin icrası “Smart Energy Services” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. Müqavilənin ümumi dəyəri 2.564.187,59 AZN təşkil edir.
Qeyd edək ki, “Smart Energy Services” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Tinayev Nemət oğludur. Hüquqi ünvanı AZ1054, Bakı şəhəri Binəqədi rayonu, Həsrət Ağamalıyev (Rəsulzadə qəs.), ev 10, m. 25 ünvanında yerləşir.