İpoteka və Kredit Zəmanət Fondu internet xidmətlərinin aldınması ilə bağlı keçirilməsi nəzərdə tenderi ləğv edib.
Eləcə də bax: Dövlət qurumunun 5 tenderi - LƏĞV EDİLDİ
FED.az-ın məlumatına görə, Fondun bununla bağlı açıqlamasında bildirilir ki, «Dövlət satınalmaları haqqında» qanunun 28.5-ci maddəsinə əsasən, tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər (podratçı) tərəfindən satınalan təşkilata təqdim olunmalı sənədlərin düzgün və vaxtında təqdim edilmədiyi səbəbindən tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) iddiaçı kimi qeydə alınmayıblar.
Beləliklə, Qanunun 50-4.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iştirakçıların sayı üçdən az olduğu üçün İpoteka və Kredit Zəmanət Fonduna internet xidmətlərinin satın alınması ilə bağlı açıq tender üsulu tətbiq edilməklə keçirilmiş elektron satınalma proseduru ləğv edilir.
Məsələ ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxsə (daxili nömrə 133) müraciət etmək olar.