"Dövlət Sosial Müdafiə Fondu" Publik Hüquqi Şəxsi (VÖEN – 1300050781) bank xidmətlərinin satın alınması ilə bağlı ümumi dəyəri 51 milyon 588 min manatdan çox olan iki açıq müsabiqə elan edir.
FED.az xəbər verir ki, müsabiqələrin predmeti fond tərəfindən həyata keçirilən ödənişlərin nağdsız qaydada aparılması üçün bank xidmətlərinin satın alınmasıdır. Satınalmalar aşağıdakı kimidir:
DSMF-də əmək haqlarının, eləcə də DSMF tərəfindən icra olunan bütün növ ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə bank xidmətləri. Bu tender üzrə ehtimal olunan qiymət 23 milyon 573 min 3 manat 90 qəpik təşkil edir.
DSMF tərəfindən icra olunan bütün növ ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə bank xidmətləri (karta köçürmə üzrə xidmət haqqı). Bu tender üzrə ehtimal olunan qiymət 28 milyon 15 min 689 manat 90 qəpik təşkil edir.
Müsabiqələr 11 dekabr 2025-ci il tarixində dərc edilib.
Hər iki tender üzrə təkliflərin son təqdim olunma vaxtı 4 fevral 2026-cı il, saat 17:00-dır. Zərflərin açılışı həmin tarixdə, saat 17:00-da keçiriləcək.
İştirak haqqı birinci tender üzrə 3535,95 manat, ikinci tender üzrə isə 4202,35 manat təşkil edir. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər.
İstifadə haqqı hər bir tender üçün 25 manatdır.
Əlaqələndirici şəxs:Zahir Əliyev- Satınalmaların Təşkili və Təchizat departamentinin müdiri
+994 50 688 00 84
İddiaçılar təkliflərini 4 fevral 2026-cı il, saat 17:00-a qədər Həsən bəy Zərdabi 80 ünvanına təqdim edə bilərlər.
|
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
|
1 |
Ödənişlərin illik məbləği: (1-ci tenderr) |
Karta köçürmə üzrə xidmət haqqına dair təklif |
4.610.462.391 |
ədəd |
|
2 |
Əmək haqqının illik məbləği: (1-ci tender) |
Əmək haqqı layihəsi çərçivəsində kartlara köçürülən vəsaitə görə |
104.138.388 |
ədəd |
| 3. |
2026-cı ilin yanvar-dekabr ayları üçün bütün növ ödənişlərin məbləği: (2-ci tender) |
Karta köçürmə üzrə xidmət haqqına dair təklif | 5.603.137.979 | ədəd |











