Dövlət Məşğulluq Agentliyi “İnzibati binanın 13-cü və 14-cü mərtəblərinin cari təmiri işlərinin satın alınması” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib şirkət "Kriptonit İnşaat" QSC olub. Şirkətlə 54 min 454.84 manat məbləğində müqavilə imzalanıb.
Şirkətlə bundan əvvəl Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 min 344.52 manat məbləğində“Kommunikasiya ilə bağlı təmir işlərinin satın alınması” tenderi üzrə müqavilə imzalanıb. (21.07.2022)