«Xan Buta Group» Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) (VÖEN: 1903802711) dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»lar siyahısına əlavə edilib.
Daha bir şirkət «etibarsız təchizatçı» oldu - Tenderlərdə cəmi 1 il iştirak edə bildi - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qərarı verib.
Rəsmi məlumata görə, buna səbəb - MMC ilə şirkət arasında maraqların toqquşması halı olub. Nəticədə şirkətin dövlət satınalmalarında iştirakı 6 aylığına, yəni 2026-ci ilin oktyabr ayının 1-ə qədər qadağan edilib.
«Xan Buta Group» MMC 2018-ci ilin noyabr ayının 7-i dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Xanbutayev Zaur Əli oğlu olan şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir.
Şirkətin vergi borcunun məbləği aprel ayının 9-una 388 manat olub.
Sözügedən şirkət 2024-cü ildə “Azərxalça” ASC-nin (VÖEN: 1503323631) rəsmi veb-saytının yenilənməsi xidmətinin satın alınması ilə bağlı tenderinin qalibi olub və tərəflər arasında 7 min manat dəyərində satınalma müqaviləsi bağlanıb. 2025-ci ildə isə İnsan Hüquqları üzrə Müvəkkilliyi (Ombudsman) ilə dəyəri 5 min 100 manat olan fotoqraf xidmətləri ilə bağlı və “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” (PHŞ) (VÖEN: 1300204371) ilə dəyəri 4 min 750 manat olan İSİM-ə bağlı internet saytlarının yenilənməsi, müalicəsi və texniki dəstək xidmələri ilə bağlı müqavilələr imzalayıb.














