Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) Publik Hüquqi Şəxsi əməkhaqlarının və icra olunan sosial ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "KAPİTAL BANK" Açıq Səhmdar Cəmiyyəti seçilib.
Qalib bankla 1 625 000 manat məbləğində müqavilə imzalanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 1 787 500 manat təşkil edirdi.
Məlumat üçün bildirək ki, "Kapital Bank" ASC bundan əvvəl də Naxçıvan MR DSMF-nin aparatında əməkhaqlarının və sosial ödənişlərin nağdsız ödənilməsi ilə bağlı 3 aprel 2025-ci il tarixində keçirdiyi 1 125 000 manatlıq tenderin qalibi olmuşdu.












