Bakı Nəqliyyat Agentliyi yeni svetofor məntəqələrinin təşkili üçün svetofor avadanlıqlarının və dirəklərinin alınması, quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işlərinə 4,5 milyon manatdan artıq vəsait yönəldəcək.
Eləcə də bax: Azərbaycanda bayram tenderləri - SİYAHI MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, BNA tenderin yekunları üzrə qeyd olunan işlərin icrasına Techmaster MMC-ni cəlb edib. Şirkət ilə 4 milyon 509 min 927.13 manat məbləğində müqavilə imzalayıb.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.