Bakı Nəqliyyat Agentliyinin (BNA) 2019-cu il üzrə maliyyə fəaliyyətinin auditini “Nexia EA” MMC keçirəcək.
Eləcə də bax: Tenderlərdə iştirak haqqı yalnız - BANKA ÖDƏNİLƏCƏK - YENİLİK
FED.az xəbər verir ki, “Nexia EA” BNA-nın 2019-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditini keçirəcək və maliyyə hesablarına audit rəyi verəcək.
Şirkətlə müvafiq müqavilə imzalanıb.
Müqavilənin dəyəri 40 min manatdır.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
Tender.gov