"Bakı Metropoliteni" QSC 2018-ci il dekabrın 3-6-da ümumilikdə 14 tenderin nəticəsinə imza atıb.
FED.az-ın məlumatımna görə, həmin müqavilələrin ümumi dəyəri 4 milyon 160 min 456 manatdır. Müqavilələrin 9-u eyni gündə - dekabrın 3-də imzalanıb. Onların ümumi məbləği 3,2 milyona yaxındır.
ELƏCƏ DƏ BAX: “Azəralüminum” mühafizə vasitələri alır – TENDER ELANI
Metropolitenin elna etdiyi tenderlərin 2-də "Caspinox" MMC qalib olub. Ən böyük məbləğli layihəni isə Nimex MMC-yə həvalə edilib. Şirkət bənövşəyi xətt üzrə şərti adı B03 olan stansiyasında asma tavanın quraşdırılması və stansiyanın işıqlandırılması işlərini həyata keçirəcək. Dekabrın 3-də imzalanan müqaviləyə əsasən, bu işlərə görə şirkətə 1 milyon 414 min 246 manat ödəniləcək.
Təxminən yarım milyon manatlıq layihə isə Sumqayıt Texnologiyalar Parkı MMC-yə həvalə edilib.
14 | Bakı Metropoliteni QSC | Geoid MMC | Bakı Metropoliteni QSC xəttlərinin konseptual inkişaf sxeminə görə Bənövşəyi xəttin şərti adı B5 stansiyası və ona bitişik ərazilərin 1:500 miqyasda kompleks topoqrafik planalması işləri |
14160.00 | 2018-12-05 |
15 | Bakı Metropoliteni QSC | Atenau Ltd MMM | Tunellərdə istifadə olunan Une=3.6kV, Ir= 1250 A, Incw=50kA olan DC Ayırıcı |
145435.00 | 2018-12-06 |
16 | Bakı Metropoliteni QSC | Sumqayıt Texnologiyalar Parkı MMC |
N.Nərimanov adına elektrik deposu ərazisində yerləşən A-12 Yarimstansiyası üçün güc kabelləri |
452739.21 | 2018-12-05 |
17 | Bakı Metropoliteni QSC | Göknur Bakı MMC | N.Nərimanov adına elektrik deposu ərazisində yerləşən A-12 Yarimstansiyası üçün güc kabelləri |
177619.07 | 2018-12-04 |
18 | Bakı Metropoliteni QSC | İnterkabel firması | N.Nərimanov adına elektrik deposu ərazisində yerləşən A-12 Yarimstansiyası üçün güc kabelləri |
182728.07 | 2018-12-04 |
19 | Bakı Metropoliteni QSC | Nimex MMC | Bənövşəyi xətti üzrə şərti adı B03 olan stansiyasında asma tavanın quraşdırılması və stansiyanın işıqlandırılma işləri |
1414245.99 | 2018-12-03 |
20 | Bakı Metropoliteni QSC | Parket House MMC | Xətai stansiyasının girişində günlüyün ( kozeroqun) quraşdırılması işləri |
135990.16 | 2018-12-03 |
21 | Bakı Metropoliteni QSC | SMT-İnşaat MMC | Xətai stansiyasında (maşın zalında, inzibati otaqlarda və s) santexnika işləri |
144126.66 | 2018-12-03 |
22 | Bakı Metropoliteni QSC | Alten MMC | Xətai stansiyasında (maşın zalında, yarımstansiyada, inzibati və s otaqlarda) havalandırma işləri |
208939.30 | 2018-12-03 |
23 | Bakı Metropoliteni QSC | Formcond MMC | Xətai stansiyasında (maşın zalında, inzibati və s otaqlarda) kondisioner sisteminin quraşdırılması işləri |
233576.85 | 2018-12-03 |
24 | Bakı Metropoliteni QSC | Caspinox MMC | Xətai stansiyası üçün aliminium qapı, pəncərə, vitraj və s quraşdırılması işləri |
139817.07 | 2018-12-03 |
25 | Bakı Metropoliteni QSC | Caspinox MMC | Xətai stansiyası üçün Metro tipli qapıların və paslanmayan metaldan müxtəlif təyinatlı metal-konstruksiyaların (maneələr, tavan, döşəmə, növbətçi üçün köşk və s.) quraşdırılması işləri |
268741.98 | 2018-12-03 |
26 | Bakı Metropoliteni QSC | Consquare Consultancy and Services Company MMC |
Bənövşəyi xətti üzrə şərti adı B03 stansiyasında Qatarların hərəkət istiqaməti göstəricisi sistemi və Sərnişin məlumat sistemi üçün monitorların alınması, quraşdırılması və işə buraxılması işləri |
269035.28 | 2018-12-03 |
27 | Bakı Metropoliteni QSC | Təməl-M firması | Binəqədi rayonu, Xocasən Sağlamlıq Mərkəzinin ərazisində və Bakmil stansiyasının qarşısında abadlıq işləri |
195686.52 | 2018-12-03 |
businessinsider.az