Ləğv prosesində olan bankların balansındakı daşınar və daşınmaz əmlakın satışı üçün 2018-ci ilin sentyabr ayında keçiriləcək hərraclara 58 lot üzrə əmlak çıxarılıb
FED.az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank” ASC, “Kredobank” ASC, “Bank of Azərbaycan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Zaminbank” ASC, “Atrabank” ASC, “Royalbank” ASC və “Dəmirbank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı 58 lot üzrə satışa çıxarır.
Fonddan FED.az-a verilən məlumata görə, 32 lot üzrə əmlak birinci dəfə, 3 lot üzrə əmlak ikinci dəfə, 12 lot üzrə üçüncü dəfə, 11 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır.
Eləcə də bax: Bankdan açıqlama: “Məhkəmədə udmuşuq, amma evdən çıxarmaq istəmirik”
3 sentyabr 2018-ci il tarixində keçiriləcək hərracda 8 ədəd bankomat, 2 ədəd generator, 9 ədəd inkasator maşını, 1 ədəd qeyri-yaşayış sahəsi, 1 ədəd minik avtomobili, 6 lot üzrə komptyter və rabitə avadanlığı, 1 lot üzrə mebel və texniki avadanlıq, 1 lot üzrə 60 ədəd posterminal, 10 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca 10 ədəd minik avtomobili, 2 lot üzrə mebel və texniki avadanlıq, iki mənzil, 17 sentyabr 2018-ci il tarixdə keçiriləcək hərraca bir minik avtomobili və bir mənzil, 25 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca isə 11 ədəd minik avtomobili və iki lot üzrə generatorlar və müvafiq texniki avadanlıq satışa çıxarılır.
Eləcə də bax: Banklarımız sosial şəbəkələrdə nə edirlər? – ARAŞDIRMA
Hərraclar açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanında keçiriləcək. Hərraca cıxarılan əmlakın vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80 saytında tanış olmaq olar.