Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən Bakı şəhərində yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, gübrələrin və pestisidlərin satınalınması üzrə elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "VNM İnvest" MMC olub. Müqavilənin ümumi dəyəri 3 850 275 manat təşkil edir. Ehtimal olunan qiymət isə 4 116 919 manat idi.
Qeyd edək ki, "VNM İnvest" MMC bu yaxınlarda (26.11.2025) Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən abadlıq işləri üçün mal-materialların satınalınması üzrə keçirilən tenderin də qalibi olub. Həmin müqavilənin dəyəri 249 044 manat təşkil edib.










