"Azergold" QSC Çovdar Filiz Emalı Sahəsində mövcud olan nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinin satın alınmasə üzrə tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 89 497 manatlıq tenderin qalibi "Toyota Gəncə Mərkəzi" MMC olub.
Tenderin nəticəsinə əsasən qalib şirkət tərəfindən 9 ədəd Toyota Hilux, 1 ədəd Toyota Prado və 4 ədəd Mitsubishi L200 avtomobilinə texniki xidmət göstəriləcək.