"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti gəmilərində "İp kameralar + NVR xidmətlərinin (material daxil) satın alınması məqsədilə açıq tender elan edir.
FED.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.
Müraciət üçün son müddət 8 yanvar 2026-cı il saat 17:00-dəkdir.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Ünvan: Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132. Tender komissiyası











